Gəncədə bıçaqlanma hadisəsi
Gəncə şəhər sakini bıçaq xəsarəti alıb.
Crossmedia.az xəbər verir ki, 1988-ci il təvəllüdlü E. Katibli bud nahiyəsindən və başından kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya çatdırılıb.
38 yaşlı kişiyə dərhal tibbi yardım göstərilib, hazırda vəziyyətinin kafi olduğu bildirilir. Onun hansı şəraitdə bıçaq xəsarəti alması hələlik məlum deyil.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
20:45 19.02.2026
Oxunuş sayı: 504