Qadın voleybolçular arasında XIV tura start verilib
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIV tura start verilib.
Crossmedia.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib.
Günün ilk matçında "DH Volley" kollektivi "Gənclər" komandasını 3:0 (25:10, 25:11, 25:10) hesabı ilə üstələyib. Ardınca isə "Abşeron" "Azərreyl"dən güclü olub - 3:2 (19:25, 22:25, 25:11, 25:23, 16:14).
Hər iki oyun Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunub.
20:27 19.02.2026
Oxunuş sayı: 430