Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIV tura yekun vurulub
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIV tura iki oyunla yekun vurulub.
Crossmedia.az xəbər verir ki, "Azərreyl" kollektivi ilə qarşılaşan "Ordu" 3:2 (22:25, 26:28, 25:20, 25:21, 15:11) hesablı qələbə qazanıb.
"Xilasedici" isə "Neftçi"ni 3:0 (25:23, 25:18, 25:21) hesabı ilə üstələyib.
Hər iki qarşılaşma Fövqəladə Hallar Nazirliyinin idman zalında təşkil olunub.
21:37 18.02.2026
Oxunuş sayı: 543