Şagirdlərin zəhərləndiyi məktəb bufeti BAĞLANDI
Göygöldə 10 şagirdin zəhərləndiyi məktəbin bufeti bağlanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat verib.
Qeyd olunub ki, Göygöldə baş verən hadisə ilə əlaqədar AQTA-nın Gəncə-Daşkəsən Regional Bölməsi tərəfindən rayonun Aşıqlı kənd məktəbinin daxilində fəaliyyət göstərən bufetdə plandankənar yoxlama keçirilib.
"Satılan məhsullardan laborator müayinələr üçün nümunələr götürülüb. Bufetin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb", - deyə məlumatda vurğulanıb.
19:16 18.02.2026
Oxunuş sayı: 495