1 milyard insan siqaretdən ölə bilər - Dünya Ağciyər Fondu xəbərdarlıq edir
Dünya Ağciyər Fondu və Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edib ki, 21-ci əsrdə təxminən 1 milyard insan tütün məhsullarının istifadəsi səbəbindən həyatını itirə bilər.
Ekspertlər bildirirlər ki, bu, insanlıq üçün qarşısı alınabilən, lakin çox ciddi bir ictimai sağlamlıq problemidir. Hazırda dünyada təxminən 1,1 milyard insan tütün istifadəçisidir.
Məlumata görə, hər il təxminən 7-8,7 milyon insan siqaretdən ölür. Belə ki, ən çox təhlükə altında olanlar orta və aşağı gəlirli ölkələrdə yaşayan və yetkin yaşda olan tütün istifadəçiləridir.
Qeyd edək ki, hər 6 saniyədə bir insan tütün məhsulları səbəbindən həyatını itirir. Tütün istifadəsi 40-dan çox ölümcül xəstəliklə, o cümlədən ağciyər xərçəngi, ürək-damar xəstəlikləri və xroniki obstruktiv ağciyər xəstəliyi ilə birbaşa əlaqələndirilir.
Pasif şəkildə hər il 1–1,3 milyon insanın ölümünə səbəb olur. Əgər cari tendensiyalar dəyişməzsə, XXI əsrdə siqaretlə bağlı ölümlər XX əsrə nisbətən 10 dəfə artacaq.
Mütəxəssislər qeyd edirlər ki, tütünə qarşı qanunvericiliyin gücləndirilməsi, maarifləndirmənin artırılması və tütün məhsullarına çıxışın məhdudlaşdırılması həyati əhəmiyyət daşıyır.
Dünya Ağciyər Fondu və DST çağırış edirlər ki, hökumətlər və ictimaiyyət tütünə qarşı ciddi tədbirlər görsün, çünki bu epidemiyanın qarşısını almaq mümkündür.
Fatimə Məmmədova
01:45 19.02.2026
Oxunuş sayı: 441