Beş brilyant üzük gətirdi - Rusiyada saxlanıldı
Rusiyanın Vnukovo hava limanında Dubaydan 18,5 milyon rubl (təxminən 412 624 manat) dəyərində beş üzük gətirən və onları bəyan etməyən 33 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki,onun üzərində brilyant tərkibli 750 və 950 karatlıq qızıl və platin ərintilərindən hazırlanmış üzüklər tapılıb.
Qadın beş ilədək həbs cəzası və ya bir milyon rubla (təxminən 22 304 manat) qədər cərimə ilə üzləşir.
13:59 18.02.2026
Oxunuş sayı: 469