Bakıda qəbiristanlığa girən 3 nəfər saxlanılıb
Bakıda gecə saatlarında qəbiristanlığa gedənlər saxlanılıb.
Crossmedia.az-ın məlumatına görə, hadisə Səbail rayonu, Badamdar qəbiristanlığında qeydə alınıb.
Gecə saat 21 radələrində əllərində çanta qəbiristanlığa girən 3 nəfər ərazidə xidmətdə olan polis əməkdaşları tərəfindən saxlanılıb. Onlara bu saatda burada nə işləri olduğu soruşulanda isə aralarında sərxoş olan biri qeyri-etik və kobud cavab verib. Nəticədə onlar saxlanılaraq barələrində protokol tərtib olunub.(lent.az)
10:28 18.02.2026
Oxunuş sayı: 518