"İdrak" liseyində güllələnən müəllimə müalicədən sonra harada işləyəcək?
Bakıda "İdrak" liseyində şagirdi tərəfindən güllələnən və bu gün xəstəxanadan evə buraxılan müəllimə Şəhla Kamilova tədris prosesinə geri dönəcək.
Crossmedia.az xəbər verir ki, müəllimə yaxın günlərdə elə çalışdığı "İdrak" liseyində fəaliyyətini davam etdirəcək. Hazırda onun səhhətinin yaxşı olduğu bildirilir.
Xatırladaq ki, fevralın 6-da Bakının Binəqədi rayonu ərazisində yerləşən "İdrak" liseyində silahlı insident baş verib. Orada təhsil alan 10-cu sinif şagirdi Ə.Ş. odlu silahdan atəş açaraq riyaziyyat müəlliməsi Şəhla Kamilovanı güllələyib. (oxu.az)
18:00 17.02.2026
Oxunuş sayı: 416