Bakının mərkəzindəki yanğın MƏHDUDLAŞDIRILDI
Bakının Lev Tolstoy küçəsində yerləşən yaşayış binasında baş verən yanğın məhdudlaşdırılıb.
Crossmedia.az xəbər verir ki, bunu FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini polkovnik Taleh Babayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, ilkin məlumata əsasən, bir nəfər xəsarət alıb, 6 nəfər tüstülü zonadan təxliyə edib.
FHN rəsmisi bildirib ki, bina taxta konstrukdiyadan ibarət olduğu üçün yanğın söndürülmə işlərində çətinliklər olub:
"Hazırda yanğın məhdudlaşdırılıb. Əraziyə ümumilikdə 5 yanğın abtomobili, 27 nəfər şəxsi heyət cəlb olunub".
14:12 17.02.2026
Oxunuş sayı: 689