Saç boyamaq xərçəngə yol açır? - bu orqanlar da risk altında…
Saç boyaları estetik görünüşü dəyişdirmək və saç rəngini yeniləmək üçün geniş istifadə olunur. Lakin onların tərkibindəki kimyəvi maddələr uzun müddətdə ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Xüsusilə, tez-tez və uzun müddət istifadə zamanı bu risklər daha da artır və cilt, saç, göz və ümumi sağlamlıq üzərində mənfi təsirlər yarada bilər.
Saç boyalarında amonyak, paraben və PPD (para-fenilendiamin) kimi kimyəvi maddələr mövcuddur ki, bunlar dəridə qıcıqlanma və allergik reaksiyalara, saçın quruluşunun pozulmasına, saç tökülməsinin artmasına və bədənin digər bölgələrində toksik təsirlərə yol aça bilər.
Bəzi kimyəvi maddələrin qan dövranına qarışaraq beyində zərər verə biləcəyi düşünülür. Uzun müddətli baş ağrıları, yaddaş problemləri və nöroloji narahatlıqlarla əlaqələndirilir.
Bu riskləri azaltmaq üçün saç boyası istifadə edilərkən yaxşı havalandırılan bir mühitdə olmaq və maddənin saçda qalma müddətini minimuma endirmək vacibdir.
Saç boyası gözdə təmas etdikdə ciddi qıcıqlanma və hətta qalıcı zədələr yarada bilər. Qızarma, yanma, şişkinlik və müvəqqəti görmə itkisi baş verə bilər. Belə hallarda göz dərhal bol su ilə yuyulmalı və həkimə müraciət edilməlidir.
Saç boyalarının xərcəngə səbəb olub-olmadığı uzun müddətdir müzakirə olunur. Xüsusilə, qara rəng boyalarda PPD kimi maddələrin risk yarada biləcəyi düşünülür.
Uzun müddətli və intensiv istifadə bəzi hallarda lenfoma və mesane xərçəngi ilə əlaqələndirilir, lakin dəqiq nəticə üçün kifayət qədər elmi sübut yoxdur.
Erkən yaşda saç boyası istifadə etmək isə gənc fərdlərin inkişaf mərhələsində olan cildinə və saçına zərər verə bilər, dərinin daha nazik və həssas olması kimyəvi maddələrin emilimini artırır. Bu, cilt tahrişləri, allergik reaksiyalar və saç köklərinin zədələnməsinə, həmçinin hormon balansının pozulmasına səbəb ola bilər. Buna görə də yeniyetməlik dövründə saç boyası istifadəsi ertələnməli və mümkün olduqda daha təbii alternativlər seçilməlidir.
Hamiləlikdə saç boyasının istifadəsi isə fetusun inkişafına mənfi təsir göstərə biləcəyi üçün xüsusilə ilk trimestrdə tövsiyə edilmir. Bəzi kimyəvi maddələrin plasentaya keçməsi mümkün olduğundan, hamilə qadınların saç boyası istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməsi və daha az kimyəvi tərkibli, bitki əsaslı məhsulları seçməsi tövsiyə olunur.
Mütəxəssislər saç boyası istifadə edənlərin riskləri minimuma endirmək üçün məhsulu düzgün tətbiq etməsini, allergiya testi keçirməsini və mümkün olduqda təbii və bitki əsaslı məhsulları seçməsini tövsiyə edirlər. Saç boyalarının sağlamlığa təsiri uzun müddətli istifadə və tez-tez tətbiq zamanı daha çox nəzərə alınmalıdır.
Fatimə Məmmədova
01:45 18.02.2026
Oxunuş sayı: 342