FHN Bakının mərkəzindəki yanğınla bağlı MƏLUMAT YAYDI
Xəbər verildiyi kimi, paytaxtın Lev Tolstoy küçəsində yerləşən yaşayış binasında yanğın baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Crossmedia.az xəbər verir ki, binanın taxta araskəsmələrdən ibarət olması yanğının söndürülməsi işlərini çətinləşdirsə də yanğından mühafizə bölmələri tərəfindən görülmüş operativ tədbirlərlə yanğın nəzarət altına alınıb.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinlərinin təxliyəsi həyata keçirilib.
Hazırda yanğınla mübarizə əməliyyatı davam edir.
Əlavə məlumat veriləcək.
13:04 17.02.2026
Oxunuş sayı: 676