"İdrak" liseyində şagirdin güllələdiyi müəllim evə buraxılıb
Bakının Binəqədi rayonunda yerləşən "İdrak" liseyində şagirdin güllələdiyi müəllimə xəstəxanadan evə buraxılıb.
Bu barədə Crossmedia.az-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən (KTM) bildirilib.
Qeyd olunub ki, liseydən təcili tibbi yardım briqadası vasitəsilə KTM-ə hospitalizasiya olunan və boyun nahiyəsində yad cismin xaric edilməsi əməliyyatı icra edilən 1997-ci il təvəllüdlü qadın fevralın 16-sı ambulator müalicə üçün evə buraxılıb.
Xatırladaq ki, fevralın 6-sı liseyin 10-cu sinif şagirdi atasına məxsus ov silahı ilə müəlliməsinə xəsarət yetirib. Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb, cinayət işi açılıb.
Kübra Musayeva
12:45 17.02.2026
Oxunuş sayı: 672