Donald Tramp bu gün İranla danışıqların ikinci mərhələsinə bir neçə saat qalmış açıqlama verərək danışıqlarda dolayı yolla iştirak edəcəyini bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.Tramp qeyd edib ki, bu danışıqlar çox vacibdir və İran adətən sərt danışıq aparır: “Onlar yaxşı danışıq aparanlardır, yoxsa pis? Məncə, pis danışıq aparanlardır”.
ABŞ prezidenti əlavə edib ki, əgər diplomatik razılaşma mümkün olsaydı, hərbi variantlara ehtiyac qalmazdı. Onun sözlərinə görə, İranın nüvə potensialını məhv etmək üçün B-2 qırıcıları alternativ variant kimi gündəmə gəlib.
Jurnalistin “Sizə razılaşmanın demək olar ki, mümkün olmadığı deyilibmi?” sualına cavabında Tramp bununla razılaşmadığını bildirib: “Xeyr. Mən düşünürəm ki, onlar razılaşma əldə etmək istəyirlər. Razılaşma olmamasının nəticələrini istəməzlər”.