Oğlan sevgilisini maşında DÖYÜB
Bakının Sabunçu rayonunda 23 yaşlı oğlan sevgi münasibətində olduğu qızı döyüb.
Crossmedia.az xəbər verir ki, hadisə ötən ilin iyulun 15-də rayonunun Bakıxanov qəsəbəsi, Anaşkin küçəsində baş verib. Tərtər rayon sakini, 2003-cü il təvəllüdlü Pənah həmin gün saat 20 radələrində avtomobilin içərisində sevgilisi Günayla (adlar şərtidir – red.) mübahisə edib. Onların mübahisəsinə səbəb isə Günayın ondan ayrılmaq istəməsi olub. Bu səbəbdən aralarında yaranmış mübahisə zamanı qəsdən əli ilə qızın qol və kürək nahiyələrindən bir neçə dəfə vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Faktla bağlı təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Sabunçu Rayon Məhkəməsində cinayət işi üzrə araşdırma aparılan zaman məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıb. Zərərçəkmiş qızda ona qarşı şikayətini geri götürüb.
Məhkəmə hökm çıxaran zaman bu halları nəzərə alıb. Təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
23:45 16.02.2026
Oxunuş sayı: 438