“PAŞA Holdinq” MMC-də YENİ DİREKTOR
“PAŞA Holdinq” MMC-də yeni təyinat olub.
Crossmedia.az Banker.az-a istinadən xəbər verir ki, Vahidə Rzayeva “PAŞA Holdinq”in İnsan Resursları və İnzibati işlər departamentinə direktor təyin edilib.
O, 2011–2022-ci illərdə “Azercell Telekom” MMC-də təşkilati inkişaf və transformasiya eksperti vəzifəsini icra edib.
2023–2024-cü illərdə “AzərQold" QSC-də İnsan Resursları departamentinin direktoru olaraq çalışıb. “PAŞA Holdinq” də fəaliyyətinə 2024-cü ildən başlayıb.

20:44 16.02.2026
Oxunuş sayı: 852