Polis rəisi intihar etdi
Türkiyədə polis zabiti intihar edib.
Crossmedia.az türk mediasına istinadən xəbər verir ki, hadisə Hakkari Polis Şöbəsinin girişindəki nəzarət məntəqəsində baş verib. İctimai Təhlükəsizlik Şöbəsinin bölmə rəisi olan M.C. naməlum səbəbdən xidməti tapança ilə atəş açaraq özünü öldürüb. Sosial mediada polis şöbələrində zorakılıqla bağlı iddialar yayılıb və bununla bağlı da araşdırmalar başlayıb. (Avtosfer)
15:10 15.02.2026
Oxunuş sayı: 722