Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Mərdəkan bağ evi
Mərdəkan qəsəbəsində yerləşən və vaxtilə tanınmış xeyriyyəçi, Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevə məxsus olan bağ evi XIX əsrin sonlarında inşa edilib. Tarixi bina 1893–1895-ci illərdə polyak memar İosif Qoslavski tərəfindən layihələndirilib.
Abşeron iqliminə uyğun şəkildə tikilən bağ evi geniş eyvanları, hündür tavanları və zərif memarlıq detalları ilə seçilir. Mərdəkanda yerləşən bu tarixi məkan Hacı Zeynalabdin Tağıyevin ömrünün son dörd ilinə ev sahibliyi edib. O, 1924-cü ildə məhz bu bağ evində vəfat edib.
Uzun illər baxımsız vəziyyətdə qalan bina sonradan Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə bərpa olunub. Aparılan təmir-bərpa işləri zamanı tikilinin ilkin memarlıq üslubu qorunub saxlanılmaqla yanaşı, onun möhkəmliyi və funksionallığı da təmin edilib.
Fatimə Məmmədova
00:30 16.02.2026
Oxunuş sayı: 497