Elektrik naqillərinin törətdiyi BƏXBƏXT HADİSƏ
Gəncədə ev quşlarının saxlanıldığı tikilidə qəfil yanğın baş verib, nəticədə onlarla canlı tələf olub.
Crossmedia.az xəbər verir ki, hadisə Gəncə şəhərinin Gülüstan qəsəbəsində məskunlaşan kəlbəcərli məcburi köçkünün təsərrüfatında qeydə alınıb. Təsərrüfat sahibi bildirib ki, məhv olan quşlar arasında hər birinin qiyməti 300-400 manat civarında olan cins toyuqlar da var.
İlkin ehtimala görə, qəfil başlayan yanğına elektrik xətlərində yaranmış nasazlıq səbəb olub.
Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər alovun daha geniş əraziyə yayılmasının qarşısını alıblar. Hazırda yanğının dəqiq səbəbləri araşdırılır.(Xəzər.Tv)
09:30 15.02.2026
Oxunuş sayı: 559