Bakıda yaşayış binasında yanğın olub
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Xətai rayonu, Babək prospektində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Crossmedia.az xəbər verir ki, nazirlikdən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində pilləkən qəfəsində quraşdırılmış elektrik sayğaclarında baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 10 ədəd elektrik sayğacı və qoruyucu açar, 2p.m elektrik naqili yanıb.
Yanğınsöndürənlər tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində 3-ü azyaşlı olmaqla 7 nəfər təxliyə olunub.
Mənzillər və yaşayış binası yanğından mühafizə olunub.
23:54 14.02.2026
Oxunuş sayı: 432