Azərbaycanda Televiziya və Radio 70 ildir informasiya məkanının aparıcı gücüdür
Bu gün Azərbaycanda Televiziya və Radio işçiləri günü qeyd olunur. Artıq 70 ildir ki, televiziya və radio ölkənin informasiya məkanında mühüm rol oynayır, cəmiyyətin maariflənməsində, milli dəyərlərin qorunmasında və ictimai rəyin formalaşmasında aparıcı vasitələrdən biri kimi çıxış edir. Zamanla texnoloji imkanlar genişlənsə də, televiziya və radio öz aktuallığını qoruyaraq inkişaf edib, bu gün də operativ, etibarlı və keyfiyyətli informasiya mənbəyi olaraq auditoriyanın etimadını saxlayır.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü, azxeber.com informasiya portalının baş redaktoru Hacıbəy Heydərli Televiziya və Radio işçiləri günü münasibətilə Crossmedia.az-a açıqlama verib:

"Azərbaycan Televiziya və Radio işçiləri günü münasibətilə bu məsuliyyətli və şərəfli sahədə çalışan bütün əməkdaşları səmimi-qəlbdən təbrik edirəm. Bu əlamətdar tarix ölkəmizdə televiziya yayımının əsasının qoyulduğu gün kimi yadda qalmış və Azərbaycan mediasının inkişafında mühüm mərhələ olmuşdur. Azərbaycan Televiziyası və Azərbaycan Radiosu uzun illər ərzində cəmiyyətin operativ və obyektiv məlumatlandırılmasında, milli-mənəvi dəyərlərimizin qorunub gələcək nəsillərə çatdırılmasında, ana dilimizin saflığının qorunmasında əvəzsiz rol oynamışdır. Televiziya və radio işçiləri öz peşəkarlıqları, fədakarlıqları və yaradıcılıqları ilə ictimai rəyin formalaşmasına mühüm töhfələr vermişlə".
H.Heydərli əlavə edib ki, bu gün də televiziya və radio əməkdaşları dəyişən informasiya mühitində böyük məsuliyyət daşıyaraq cəmiyyətə dürüst, dolğun və keyfiyyətli informasiya təqdim edirlər. Onların əməyin, zəhməti danılmazdır:
Ekspert son olaraq, bu gün münasibətilə Televiziya əməkdaşlarını təbrik edib:
"Azərbaycan Televiziyasının rəhbərliyini və əməkdaşlarını bir daha təbrik edir, onlara ən xoş və səmimi arzularımızı çatdırır, 70 illik yubileyiniz mübarək".
Fatimə Məmmədova
10:15 14.02.2026
Oxunuş sayı: 537