ŞOK: Azərbaycanlı Ermənistan ərazisinə keçdi - VİDEO
Azərbaycanlı İsimxan İdrisov Türkiyənin Amasya vilayətində yerləşən Daşkörpü kəndinə səfər edib.
Crossmedia.az xəbər verir ki, səfər zamanı kəndin qış mənzərəsi İdrisovda uşaqlıq xatirələrini yenidən canlandırıb.
Onun sözlərinə görə, qarla örtülmüş kənd illər öncə yaşadığı günləri xatırladıb. İsimxan İdrisov bildirib ki, uşaq vaxtı bu ərazilərdə keçirdiyi günlər yaddaşında dərin iz buraxıb. O, həmin illərdə hündür binalara çıxdığını və uşaqlıq marağı ilə ətrafı yuxarıdan seyr etdiyini xatırladığını deyib.
Qeyd edək ki, hazırda Daşkörpü kəndində qış fəsli özünü daha sərt göstərir. Kənd ərazisi tamamilə qarla örtülüb. Ağ örpəyə bürünən yaşayış məntəqəsi həm təbiət gözəlliyi, həm də sakitliyi ilə seçilir.
09:58 14.02.2026
Oxunuş sayı: 636