İSRAFÇILIĞA SON: Yas mərasimlərində edilən dəyişiklik
Şəmkir rayonunda yas mərasimlərinin təşkili ilə bağlı yeni tövsiyyələr ictimaiyyətə təqdim olunub.
Crossmedia.az xəbər verir ki, Şəmkir Rayon Ağsaqqallar Şurası tərəfindən "Şəmkir rayonunda hüzür (yas) mərasimlərinin təşkili qaydaları" ilə bağlı tövsiyyə xarakterli qərar qəbul edilib.
Yas mərasimlərinin daha sadə və israfçılıqdan uzaq şəkildə keçirilməsi məqsədilə bir sıra tövsiyələr verilib:
1. Dəfn günü masaya əza dəftəri qoyulsun və hüzür yerində halva, limon, qənd, çay, xurma, göy-göyərti, pendir, çörək, yuxa verilsin;
2. 7-si günü ilə 3-ü günü birləşdirilsin, yalnız 3-ü günü olsun və limon, qənd, çay, xurma, göy-göyərti, pendir, çörək, yuxa verilsin;
3. Adınalar (Cümə Axşamları) verilməsin;
4. Vəfat edənin 40-ı günü limon, qənd, çay, xurma, göy-göyərti, pendir, çörək, yuxa, plov verilsin.
Qeyd edilib ki, dəfndən sonra 2-ci günü və 40 mərasimindən 1 gün qabaq yalnız çay verilsin.
Bildirilir ki, qərarın əsas məqsədi yas mərasimlərində artıq xərc və israfın qarşısının alınması, eyni zamanda ailələrin maddi yükünün azaldılmasıdır. (Gencexeber)
20:28 13.02.2026
Oxunuş sayı: 700