Məhkəmə Palatanın bu qərarını qanunsuz saydı
2026-cı il fevralın 11-də Yasamal Rayon Məhkəməsi Azərbaycan Qiymətləndiricilər Palatası tərəfindən "Azərekspertiza" Birliyi haqqında qəbul edilmiş qərarı qanunsuz hesab edib.
Crossmedia.az xəbər verir ki, məhkəmə qərarına görə, Palatanın rəsmi portalında "Azərekspertiza"nın "fəaliyyəti dayandırılmış qiymətləndirici təşkilat" kimi qeyd edilməsi qanunsuz hesab edilmişdir.
Bundan əlavə, qiymətləndirmə palatasının rəsmi veb-səhifəsində təkzib mətninin dərc edilməsi və "qiymətləndirici təşkilatlar" siyahısına Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının "Azərekspertiza" Birliyini əlavə etmələri qərara alındı.
Araşdırma zamanı müəyyən edilmişdir ki, "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanununa uyğun olaraq Qiymətləndiricilər Palatasının qeyri-kommersiya hüquqi şəxsi kimi qiymətləndirici təşkilatların fəaliyyətinə xitam verməsi, ləğvetməsi və ya tərəfindən digər tədbirlərin tətbiqi qanunla nəzərdə tutulmayıb.
Qiymətləndirmə fəaliyyəti sahəsində şəffaflıq və qanun - etimadın təməli və bütün sistemin sabitliyinin əsas təminatıdır. Məhz bu məqsədlər üçün Azərbaycan Qiymətləndiricilər Palatası yaradılmışdır. Lakin təəssüflə qeyd etməliyik ki, bu gün biz buna əks prosesin şahidi oluruq. Qanunu qorumalı olan təşkilat özü onu pozmağa başlayıb.
50 ildən çox bu sahədə fəaliyyət göstərən "Azərekspertiza" Birliyi məhkəmə qərarını qanunun aliliyinin və qiymətləndirmə sahəsində hüquqi dəqiqliyin təminatı baxımından əhəmiyyətli hesab edir və gələcəkdə yenidən bu kimi qanun pozuntuları yaşanarsa hüquqlarının qorunması üçün qanuni vasitələrdən istifadə edəcək.
19:17 13.02.2026
Oxunuş sayı: 398