Vaşinqtonun Cənubi Qafqazla üç əsas məqsədi açıqlandı: Azərbaycanla imzalanan xartiya nələri dəyişəcək?
ABŞ Prezidenti Cey Di Vensin Azərbaycana səfəri çərçivəsində imzalanan Strateji Tərəfdaşlıq Xartiyası Cənubi Qafqazda yeni reallıq yaradır. Bu razılıq Cənubi Qafqazda tamamilə yeni reallıq yaratdı. İmzalanan sənəd beynəlxalq gündəmin əsas müzakirə mövzularındandır. Bir çox ekspertin fikrincə, xartiya təkcə Cənubi Qafqazda, dünyanın bir çox regionunda oyun qaydalarını dəyişə bilər.
Bu barədə türkiyəli politoloq və hüquqşünas Ferhad Aznevi Crossmedia.az-a müsahibə verib:
- Azərbaycanla ABŞ arasında imzalanan Strateji Tərəfdaşlıq Xartiyasını necə qiymətləndirirsiniz?
- Vaşinqton Rusiyanın Cənubi Qafqazdakı təsir imkanlarını azaltmaq, İranın şimal sərhədlərində nəzarəti gücləndirmək və Avropanın enerji və nəqliyyat təhlükəsizliyini Azərbaycan vasitəsilə şaxələndirmək istəyir.

- Bu vəziyyət Cənubi Qafqazdakı reallıqları necə dəyişəcək?
- Yeni razılıq Azərbaycanın manevr imkanlarını genişləndirir, Qərblə əlaqələrini daha da institusional hala gətirir.
- Bəs Türkiyənin proseslərdəki rolunu necə qiymətləndirirsiniz?
- Ankara regional sabitliyin təmin olunmasını və Azərbaycanın Qərb coğrafi əlaqələrinin daimi şəkildə təmin olunmasını istəyir.
- Bəs Vaşinqtonun mümkün sülh sazişinə təsiri imkanlarını necə dəyərləndirirsiniz?
- Yekun sülh saziş ABŞ-nin diktəsi ilə yox, Azərbayanın üstünlüyü və Türkiyənin balanslaşdırıcı rolu vasitəsilə mümkün olacaq. Amma Rusiyanın vasitəçiliyi ilə 2020-ci ildə Bakı və İrəvan arasında imzalanan 10 noyabr sazişlərinin təqdim etdiyi üstünlüklər qorunmalıdır. ABŞ yekun sülh sazişinin qorunmasında rol oynaya bilər, amma bunun üçün regional reallıqlar və qazanılan haqlar da göz önünə alınmalıdır. Türkiyə balansların qorunması və mümkün sülh sazişinin imzalanmasında həlledici aktordur.
14:23 13.02.2026
Oxunuş sayı: 583