Azərbaycan millisinin rəqibləri müəyyənləşib
Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub.
Crossmedia.az xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldə keçirilən püşkatmanın nəticəsinə görə, yığma D Liqasının 2-ci qrupunda Litva və Lixtenşteyn ilə mübarizə aparacaq.
Qeyd edək ki, UEFA Millətlər Liqasında yeni mövsümə sentyabrın 24-də start veriləcək.
Qrupun son matçları noyabrda baş tutacaqsa, turnirin final mərhələsi 2027-ci ilin iyununda gerçəkləşəcək.
22:00 12.02.2026
Oxunuş sayı: 486