Gültəkin Hacıbəyli deportasiya edildi
Sabiq deputat Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Qeyd edək ki, hazırda ölkəyə qayıdan Hacıbəylinin azadlıqda olduğu bildirilir.
G.Hacıbəyli 2 ay əvvəl Türkiyədə saxlanılmışdı.
Xatırladaq ki, Prezident Adminstrasiyasının sabiq rəhbəri, dövlətə xəyanətdə ittiham olunan Ramiz Mehdiyevin cinayət işi çərçivəsində istintaqa dəvət olunan Hacıbəyli İstanbul şəhərində, Arnavutköy Geri Göndərmə Mərkəzində saxlanılırdı. Həmin müddətdə onun Türkiyədən 5 illik deportasiya edilməsi barədə qərar çıxarılmışdı.
09:32 12.02.2026
Oxunuş sayı: 672