"İdrak"da müəllimini güllələyən şagirdin FOTOSU
Bakıdakı "İdrak" liseyində fevralın 6-sı müəllimi Şəhla Kamilovanı güllələyən şagirdin fotosu sosial şəbəkələrdə yayılıb.
Crossmedia.az bakupost.az-a istinadən xəbər verir ki, sözügedən foto Tik Tok platformasında müxtəlif kontentlərin tərkib hissəsi olaraq paylaşılır.
Həyəcan siqnalı yaradan bu paylaşımlar şagirdin Vladislav Roslyakovla bağlı TikTok repostlarının fon musiqisi ilə hazırlanır. Şərhlərdə isə fotoya "arzuladığı "edit"i onun üçün etdilər" kimi başlıq verərək, onu qəhrəmanlaşdırırlar.
Vladislav Roslyakov 2018-ci ilin oktyabrında oxuduğu Kerç Politexnik Kollecinə ov tüfəngi ilə gələrək, 20 tələbəni öldürmüş, 60-dan çox insanı yaralamışdı.
Bu Rusiya tarixində ən ağır məktəb hücumlarından biri hesab olunur və "Kerç Kolumbaynı" adlandırılır. Hadisə ABŞ-da baş vermiş Kolumbayn məktəb atışmasından ilhamlanaraq törədilmişdi.

09:10 12.02.2026
Oxunuş sayı: 688