İngilis klubu azarkeşlərinə Bakı ilə bağlı XƏBƏRDARLIQ ETDİ
İngiltərənin “Nyukasl” futbol klubu Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”la qarşılaşmaq üçün Bakıya gələcək azarkeşlərinə müraciət edib.
Klub bildirir ki, Azərbaycanda Ramazan ayı 17 fevral axşamı başlayacaq və oruc 18 fevral sübh vaxtından etibarən tutulacaq.
Crossmedia.az xəbər verir ki, bu səbəbdən azarkeşlərdən yerli əhali və mədəniyyətə hörmətlə davranmaları tələb olunur.
Həmçinin, azarkeşlərdən tarixi və memorial yerlərdə davranışlarına diqqət yetirmələri xahiş olunur. Xüsusilə Şəhidlər xiyabanı həssas məkandır və hörmətsiz hərəkətlər polis müdaxiləsinə səbəb ola bilər.
Klub fanatlara həm əyləncəli, həm də mədəniyyətə uyğun səfər keçirmələri üçün xəbərdarlıq edib.
09:19 12.02.2026
Oxunuş sayı: 477