Zəlzələ baş verib
Əfqanıstan ərazisində 4,3 bal gücündə zəlzələ baş verib. Bu barədə ölkənin Milli Seysmologiya Mərkəzi məlumat yayıb.
Crossmedia.az xarici KIV-ə istinadən xəbər verir.
Məlumata görə, yeraltı təkanlar çərşənbə günü qeydə alınıb. Zəlzələnin ocağı yerin 35 kilometr dərinliyində yerləşib. Yeraltı təkanların episentri Fayzabad şəhərindən təxminən 24 kilometr qərb-şimal-qərb istiqamətində olub.
Zəlzələ əsasən ölkənin şimal-şərq bölgələrində hiss edilib. Hazırda yerli qurumlar vəziyyəti nəzarətdə saxlayır. İlkin məlumatlara əsasən, dağıntı və insan tələfatı qeydə alınmayıb.
Qeyd edək ki, Əfqanıstan seysmik baxımdan aktiv zonada yerləşir və ölkədə tez-tez müxtəlif gücdə zəlzələlər baş verir. Xüsusilə Hind–Avrasiya tektonik plitələrinin toqquşma xətti üzərində yerləşən şimal-şərq bölgələrdə yeraltı təkanlar daha çox müşahidə olunur.
06:05 12.02.2026
Oxunuş sayı: 405