Sürət qatarı piyadanı vuraraq öldürüb - Yenilənib
Azərbaycan Dəmir Yolları (ADY) QSC-yə məxsus qatar 11 fevral tarixində saat 19:07-də Abşeron dairəvi marşrutunun Pirşağı-Sumqayıt hissəsində hərəkətdə olarkən yola qəfil insan çıxıb.
Crossmedia.az xəbər verir ki, bu barədə QSC-dən məlumat verilib.
Bildirilib ki, maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub. Əməkdaşlar tərəfindən əraziyə dərhal təcili tibbi yardım briqadası çağırılıb.
Hadisə ilə əlaqədar qatarın hərəkətində yubanma qeydə alınıb.
ADY bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır.
20:10
Bakı-Sumqayıt marşrutu üzrə hərəkətdə olan sürət qatarı Novxanı sahəsindən keçən hissədə piyadanı vurub.
Crossmedia.az xəbər verir ki, dəmir yolu xəttinə çıxan orta yaşlı kişi qatarın vurması nəticəsində həyatını itirib.
Hadisədən sonra qatarın hərəkəti müvəqqəti olaraq dayandırılıb. Əraziyə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və fakt üzrə araşdırmalara başlanılıb.
Hazırda hadisənin başvermə şəraiti və səbəbləri dəqiqləşdirilir.(Report)
20:14 11.02.2026
Oxunuş sayı: 922