Azərbaycan Basketbol Liqasında XVII tura start verilib
Azərbaycan Basketbol Liqasında XVII tura start verilib.
Crossmedia.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Səfərdə "Lənkəran"la üz-üzə gələn "Sərhədçi" 83:69 hesablı qələbə qazanıb. Matç Lənkəran Olimpiya İdman Kompleksində keçirilib.
Qeyd edək ki, tura fevralın 14-də yekun vurulacaq.
19:27 11.02.2026
Oxunuş sayı: 1757