Yeniyetmənin qarnına dəmir batdı - VƏZİYYƏTİ AĞIRDIR
Abşeron rayonunda 17 yaşlı yeniyetmə yıxılaraq xəsarət alıb.
Crossmedia.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Mehdiabad qəsəbəsində baş verib.
Məlumata görə, qəsəbə ərazisində yıxılan 2009-cu il təvəllüdlü K.K-nin qarnına yerdə olan dəmir parçası batıb.
Daxilə nüfuz edən xəsarət alan yeniyetmə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.
16:09 11.02.2026
Oxunuş sayı: 504