Şagirdinin güllələdiyi müəllim ilə bağlı YENİ XƏBƏR
Bakıda şagirdin güllələdiyi müəllimənin son vəziyyəti məlum olub.
Bu barədə Crossmedia.az-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən (KTM) məlumat verilib.
"1997-ci il təvəllüdlü şəxsin (qadın cinsli) Kliniki Tibbi Mərkəzin Neyrocərrahiyyə şöbəsində müalicəsi həyata keçirilir. Hazırda pasiyentin vəziyyəti stabil qiymətləndirilir".
Xatırladaq ki, "İdrak" liseyinin 10-cu sinif şagirdi Ə.Ş. müəlliməsi - 1997-ci il təvəllüdlü Şəhla Kamilovanı güllələyib.
Kübra Musayeva
12:11 11.02.2026
Oxunuş sayı: 564