Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 14 və 15 fevral tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edib.
Crossmedia.az bu barədə ADY-ə istinadən xəbər verir ki,həmin günlərdə reyslər Bakı-Ağstafa istiqamətində saat 08:30-da, Ağstafa-Bakı istiqamətində isə 17:20-də hərəkət edəcək.Sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək mümkündür.
Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.
11:25 11.02.2026
Oxunuş sayı: 1592