Şamaxıda avtomobil qəzası olub, ölən var
Şamaxıda yol qəzası olub.
Crossmedia.az xəbər verir ki, "Niva" markalı avtomobil Bakı-Şamaxı avtomobil yolunun Şamaxı rayonu ərazisindən keçən hissəsində idarəetmədən çıxaraq ağaca çırpılıb. Hadisə nəticəsində nəqliyyat vasitəsində olan sərnişin, 66 yaşlı Qabil Sərkərov ağır xəsarət alıb.
O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
21:20 10.02.2026
Oxunuş sayı: 478