ABŞ Səfirliyi: Biznes nümayəndə heyətinin Bakı səfəri əməkdaşlıq üçün yeni imkanlar açır
ABŞ Ticarət Palatası Azərbaycana ilk tarixi biznes missiyasını başa vurub. Ticarət Nazirliyi ilə tərəfdaşlıqda təşkil olunan missiyaya Azərbaycan Prezidenti İlham Əliyevlə görüş də daxil olmaqla bir neçə sektoral dəyirmi masa və siyasi dialoq daxil idi.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi bildirib.
"İlk missiya ABŞ özəl sektoru ilə Azərbaycan hökuməti və biznes liderləri arasında dialoq üçün yeni kanallar açır. Son iki gün ərzində biz iqtisadi prioritetləri, investisiya mühitini və energetika, rəqəmsal iqtisadiyyat, nəqliyyat və müdafiə kimi əsas sahələrdə uzunmüddətli tərəfdaşlığı müzakirə etdik", - nümayəndə heyətinə rəhbərlik edən ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksi bildirib.
20:11 10.02.2026
Oxunuş sayı: 723