Sahibkarlara ŞAD XƏBƏR
Azərbaycan Prezidenti İlham Əliyev sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması bir il müddətinə uzadılması ilə bağlı qanuna dəyişikliyi təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, qanuna dəyişiklik 2026-cı il yanvarın 1-dən tətbiq edildiyi bildirilib.
Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasının müddəti 2027-ci il yanvarın 1-nə qədər uzadılır.
"Report" xəbər verir ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanuna dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Qeyd edilib ki, ölkədə sahibkarlığın inkişafının stimullaşdırılması məqsədi ilə 2015-ci il noyabrın 1-dən yoxlamalar (qanunun 2.1-ci maddəsində göstərilən yoxlamalar istisna olmaqla) dayandırılıb. Təklif olunan qanun layihəsi həmin müddətin daha bir il uzadılmasını nəzərdə tutur.
Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
16:40 09.02.2026
Oxunuş sayı: 441