Məşhur şadlıq sarayında nöqsan tapıldı: Dövlət qurumu hərəkətə keçdi
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bərdə rayonunun Kətəlparaq kəndində fəaliyyət göstərən və İsmayıl Mirağa oğlu Ağayevə məxsus “Ağ saray” şadlıq sarayında yoxlama keçiriblər.
Crossmedia.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Məlumata görə, yoxlama zamanı şadlıq sarayında etiket məlumatları olmayan qida məhsulunun istehlaka təqdim edildiyi aşkarlanıb. Həmçinin sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulduğu müəyyən olunub.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.



12:58 09.02.2026
Oxunuş sayı: 569