Qızılın qiyməti rekord həddə çatdı - Bazar SİLKƏLƏNDİ
Dünya əmtəə bazarlarında qızılın qiyməti növbəti artım dalğası yaşayır. Bir troya unsiyası (təxminən 31,1 qram) qızılın gələcək aylara aid fyuçers müqavilələri xeyli bahalaşıb.
Crossmedia.az xəbər verir ki, Nyu-Yorkun COMEX birjasında qızılın 2026-cı ilin aprel teslimatlı fyuçerslərinin qiyməti 1,11% artaraq 5035 ABŞ dolları səviyyəsinə yüksəlib.
Gümüş də bu yüksəlişdən kənarda qalmayıb. Gümüşün bir unsiyası üzrə 2026-cı ilin mart fyuçersləri 5,85% dəyər qazanaraq 81,39 dollar olub.
Mütəxəssislər bu artımı qlobal iqtisadi risklərin artması, inflyasiya narahatlıqları və investorların “təhlükəsiz sığınacaq” axtarışına bağlayırlar.
10:14 09.02.2026
Oxunuş sayı: 430