Misli Premyer Liqasında XIX tura start verilir
Bu gün futbol üzrə Misli Premyer Liqasında XIX tura start veriləcək.
Crossmedia.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Açılış matçında "Sabah" doğma meydanda "Araz-Naxçıvan"ı sınağa çəkəcək. "Bank Respublika Arena"da baş tutacaq görüş saat 16:00-da başlayacaq. Meydan sahibləri hazırda 43 xalla turnir cədvəlinə başçılıq edir. 27 xala malik "Araz-Naxçıvan" isə 6-cı sıradadır.
İkinci oyunda isə "Zirə" səfərdə “Sumqayıt”ın qonağı olacaq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək matç saat 18:30-da start götürəcək. "Kimyaçılar" hazırda 30 xalla 4-cü, “qartallar” isə 29 xalla 5-ci pillədə yer alıb.
Qeyd edək ki, turun növbəti qarşılaşmaları fevralın 9-10-da təşkil olunacaq.
12:42 08.02.2026
Oxunuş sayı: 450