Azərbaycan cüdoçuları ilk günü bir qızıl, bir bürünc medalla başa vurublar - Yenilənib
Azərbaycan cüdoçuları Fransanın paytaxtı Parisdə keçirilən "Böyük Dəbilqə" turnirinin ilk gününü iki medalla başa vurublar.
Crossmedia.az xəbər verir ki, Ruslan Paşayev (66 kq) bürünc medal qazanıb.
Daha əvvəl Balabəy Ağayev (60 kq) qızıl mükafata sahib çıxıb.
Nazir Talıbov (66 kq) 1/16 final mərhələsində Migel Qaqoya (Portuqaliya) uduzub.
Qeyd edək ki, "Böyük Dəbilqə" fevralın 8-də başa çatacaq. Azərbaycan yarışda səkkiz cüdoçu ilə təmsil olunur.
20:50
Fransanın paytaxtı Parisdə “Böyük Dəbilqə” turnirində Azərbaycan cüdoçusu finala vəsiqə qazanıb.
Crossmedia.az xəbər verir ki, buna Balabəy Ağayev nail olub.
27 yaşlı idmançı finalda ukraynalı Dilşot Xalmatova qalib gəlib.
Qeyd edək ki, "Böyük Dəbilqə" fevralın 8-də başa çatacaq. Azərbaycan yarışda səkkiz cüdoçu ilə təmsil olunur.
21:40 07.02.2026
Oxunuş sayı: 456