86 yaşlı kişi İTİB
Salyanda kişi itkin düşüb.
Crossmedia.az xəbər verir ki, rayon sakini, 86 yaşlı Nəsirov Rafayət İxtiyar oğlu yanvarın 31-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
R.Nəsirovun boyu 165 sm, ağ saçlı, arıq bədən quruluşludur.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və ya Salyan Rayon Polis Şöbəsinə (021 254 07 85, 070 560 55 44) məlumat vermələri xahiş olunur. (Lent.az)
19:45 07.02.2026
Oxunuş sayı: 378