Şahmat üzrə Azərbaycan çempionatının mükafat fondunun artırılması nəzərdə tutulub
2027-ci ildə şahmat üzrə Azərbaycan çempionatının mükafat fondunun artırılması nəzərdə tutulub.
Crossmedia.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov ölkə çempionatının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
Qurum rəhbəri yarışla bağlı təəssüratlarını bölüşüb:
"Bu dəfəki Azərbaycan çempionatı da maraqla gözlənilir. Çempionat olimpiya sistemi üzrə FİDE oyun qaydaları əsasında təşkil olunacaq. Bildiyiniz kimi yarışın mükafat fondu artılıb. Gələn il mükafat fondunun bir qədər də artırılması nəzərdə tutulub. Bütün şahmatçılar çempionatda yer alıb. Bəzi qrosmeysterlər yarışa qatıla bilməyiblər. Şahmatçılardan Vasif Durarbəyli Amerikada yaşayır. Namiq Quliyev isə Fransadan gələrək, turnirə qatılmalı idi".
21:25 06.02.2026
Oxunuş sayı: 525