Şagirdin güllələdiyi müəllimin son vəziyyəti AÇIQLANIB
06.02.2026-ci il tarixində Binəqədi rayonu "İdrak" liseyindən təcili tibbi yardım briqadası vasitəsilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 1997-ci il təvəllüdlü şəxs (qadın) üzərində boyun nahiyəsində yad cismin xaric edilməsi əməliyyatı uğurla icra olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə Trend-ə KTM-in mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.
O bildirib ki, aparılmış diaqnostik radioloji müayinələrdən sonra boyun nahiyəsində çoxsaylı yad cisimlər aşkar olunub.
"Xəstə dərhal cərrahi əməliyyata qəbul olunub, əməliyyat fəsadsız başa çatıb.
Hazırda pasiyentin müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Həyatı üçün təhlükə yoxdur", - qurum rəsmisi əlavə edib.
Qeyd edək ki, fevralın 6-da saat 09:10 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin 10-cu sinif şagirdi Ə.Ş atasına məxsus ov silahı ilə liseydə müəllim işləyən 1997-ci il təvəllüdlü Şəhla Kamilovanı güllələyib.
Hadisə törədən məktəbli saxlanılıb. Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
16:51 06.02.2026
Oxunuş sayı: 470