“İdrak” Liseyinin təsisçisi, professor Mönsum Alışov müəllimin güllələnməsi və yaralanması ilə bağlı açıqlama verib.
Crossmedia.az-ın məlumatına görə, o bildirib ki, məktəbdə mühafizə mövcud olsa da, buna baxmayaraq bir şagird təhsil müəssisəsinə silah gətirə bilib.
Alışovun sözlərinə görə, hadisə liseyin həyətində deyil, sinif otağında baş verib. Şagird məktəb çantasında ov tüfəngi gətirib və silahdan atəş təsadüfən açılıb.
“Gəldim, buradayam. Şagird məktəb çantasında ov tüfəngi gətirib. Atəş təsadüfən açılıb. Allaha şükür, ciddi xəsarət alan olmayıb”, – deyə professor bildirib.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.