Bu futbol klubları cərimələndi - SİYAHI
Misli Premyer Liqasında çıxış edən "Karvan-Yevlax", "Kəpəz" və "Turan Tovuz" klubları cərimələnib.
Crossmedia.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
30 yanvar 2026-cı il tarixində Misli Premyer Liqasında XVIII turun "Karvan-Yevlax" – "Sumqayıt" oyununda Əsasnamənin 9-cu maddəsinin 4-cü bəndinin tələbləri pozulduğuna görə "Karvan-Yevlax" komandası 1000 manat cərimə edilsin (maddə 68);
31 yanvar 2026-cı il tarixində Misli Premyer Liqasında XVIII turun "Kəpəz" – "Şamaxı" oyununda Əsasnamənin 9-cu maddəsinin 4-cü bəndinin tələbləri pozulduğuna görə "Kəpəz" komandası 1000 manat cərimə edilsin (maddə 68);
31 yanvar 2026-cı il tarixində Misli Premyer Liqasında XVIII turun "Kəpəz" – "Şamaxı" oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə yaşandığına görə "Kəpəz" komandası 5000 manat cərimə edilsin (maddə 86.3);
1 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XVIII turun "Qarabağ" – "Turan Tovuz" oyununda "Turan Tovuz" komandasında 6 nəfər sarı vərəqə aldığı üçün "Turan Tovuz" komandası 700 manat cərimə edilsin (maddə 43.1);
14:32 06.02.2026
Oxunuş sayı: 519