Özbəkistanlı rektor: İngla İnternational ETC-də keçirilən görüşlər Azərbaycanla əməkdaşlığımızı inkişaf etdirir
Bu müzakirələr iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın genişlənməsidir.
Bu fikri Özbəkistan Dövlət Dünya Dilləri Universitetinin rektoru İlxomcon Tuxtasinov İngla School International Education and Training Center Baku təhsil mərkəzində keçirdiyi görüşlərlə bağlı Crossmedia.az-a açıqlamasında deyib.
O, görüş zamanı mərkəzin rəhbərliyi ilə onların beynəlxalq təhsil hazırlığı, karyera yönümlü proqramları və gənclərin xarici ali məktəblərə hazırlanması istiqamətində gördükləri işlər barədə geniş müzakirə aparıldığını bildirib: "Eyni zamanda, Özbəkistan Dövlət Dünya Dilləri Universitetinin təqdimatı həyata keçirildi. Bildirirəm ki, universitetdə 17 fakültə, 48 kafedra və Avropa və Şərq dilləri daxil olmaqla 22 xarici dil tədris olunur. Azərbaycan dili ixtisası isə 2015-ci ildən fəaliyyət göstərir. Universitet 39 ölkənin 192 ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir, müasir infrastruktura, yataqxanalara və beynəlxalq tələbələr üçün geniş imkanlara malikdir. Hazırda burada 300-ə yaxın xarici tələbə və 87 beynəlxalq müəllim fəaliyyət göstərir. Universitetin yüksək beynəlxalq reytinqləri – QS, Times Higher Education və Asia Ranking siyahılarındakı mövqeləri – təhsilin keyfiyyətini və qlobal təsir gücünü təsdiqləyir. Bu görüş iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın genişlənməsi və gənclər üçün yeni beynəlxalq imkanların yaradılması baxımından mühüm addım oldu".
Elmir Heydərli
12:25 06.02.2026
Oxunuş sayı: 634