Şagird müəllimi GÜLLƏLƏDİ
Bakıda liseydə şagird müəllimini güllələyib.
Crossmedia.az xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində yerləşən özəl liseylərdən birində baş verib.
Məlumata görə, 10-cu sinif şagirdi müəllimini ov tüfəngi ilə güllələyib. Xəsarət yetirilən müəllim xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğunu bildirilir.
Hazırda hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunub. (Unikal.az)
10:44 06.02.2026
Oxunuş sayı: 539