Moskva metrosundakı terrordan 22 il ötür
2004-cü il fevralın 6-da Moskva metrosunda baş verən partlayışdan 22 il keçir.
Rusiyanın paytaxtında böyük faciəyə səbəb olmuş partlayışda 40 nəfər həyatını itirib, 100-dən çox insan müxtəlif dərəcəli xəsarətlər alıb.
Xatırladaq ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) partlayışın gücünü 4 kq. ağırlığında dinamitə bərabər olduğunu açıqlamışdı. Hadisə səhər saatlarında, metroda sərnişinlərin sıx olduğu vaxta təsadüf etdiyindən dağıntıların miqyası da geniş olmuşdu. Hadisədən dərhal sonra fövqəladə vəziyyət elan edilmişdi.
Rusiya prezidenti Vladimir Putin partlayışı çeçen separatçılarının törətdiyini bildirsə də, çeçen liderlər ittihamları rədd etdilər. Bu, hadisə Rusiyada təhlükəsizlik məsələlərini gündəmə gətirməklə, terror aktlarına qarşı mübarizənin də gücləndirdi.
Araşdırmalar nəticəsində məlum oldu ki, partlayış metro sistemindəki nəzarət zəifliklərindən istifadə olunaraq törədilib. Bundan sonra Moskvada metroda ciddi təhlükəsizlik tədbirləri görüldü, sərnişin yoxlamaları gücləndirildi, stansiyalarda kameralar və detektorlar quraşdırıldı.
Hadisədən 22 il keçməsinə baxmayaraq, terror aktlarının nə qədər dağıdıcı ola biləcəyini, ictimai nəqliyyatın təhlükəsizliyinin vacibliyini bir daha bizə xatırladır.
Fatimə Məmmədova
11:30 06.02.2026
Oxunuş sayı: 579