Paytaxda külək iki gündə 78 ağacı sındırıb
İki gün ərzində Bakı şəhərində davam edən şiddətli külək nəticəsində ümumilikdə 78 ağac sınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi məlumat yayıb.
Bildirilib ki, eyni zamanda 40 ağacın budaqlarının qırılması qeydə alınıb.
Birliyin növbətçi briqadaları sınan ağaclar və qırılan budaqları götürərək ərazini təmizləyiblər.
09:40 05.02.2026
Oxunuş sayı: 401